PSV bu mövsüm icarə əsasında oynatdığı müdafiəçisi Sercino Destanı daimi olaraq almağı düşünür.
Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Xəbərə görə, Desta bu mövsüm göstərdiyi performansla PSV rəhbərliyini heyran etməyi bacarıb. Eyndhovenlilər amerikalı müdafiəçi üçün "Barselona"ya 10 milyon avro ödəyə bilər. Bu, satınalma kimi təyin olunan məbləğdir.
Amerikalı müdafiəçi ötən mövsüm İtaliya nəhəngi “Milan”da çıxış edib, orada özünü yaxşı tərəfdən göstərə bilməyib.
Desta Niderland Erediviziyasında bir qol vurub və dörd məhsuldar ötürmə edib.
Mirağa