"Barselona" rəhbərliyi müqaviləsi ilə əlaqədar olaraq Ansu Fati ilə danışıqlar aparmaq niyyətindədi.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Barselona" Fatinin 2022-ci ilə kimi nəzərdə tutulmuş müqaviləsini uzatmağı və onun təzminat məbləğini 400 milyon avroya qaldırmağı planlaşdırır.
Katalon klubu 17 yaşlı futbolçunu ilk növbədə PSJ-nin marağından qorumaq istəyir. "Blauqrana" Neymar ssenarisinin təkrarlanacağından ehtiyatlanır.
Fati 2019-20 mövsümündə 32 matçda meydana çıxıb və 8 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az