"Barselona" onu sata bilməsə, müqaviləsinə xitam veriləcək

"Barselona" onu sata bilməsə, müqaviləsinə xitam veriləcək

"Barselona" futbolçusu ilə müqaviləni vaxtından əvvəl pozmağı planlaşdırır.

Fanat.Az jurnalist Xavi Migelin "Twitter" hesabı üzərindən yaydığı məlumata istinadən xəbər verir ki, söhbət müdafiəçi Sercino Destdən gedir.

Xəbərə görə, qarşıdakı bir neçə həftə ərzində baş məşqçi Xavinin istəmədiyi Desti satmaq mümkün olmasa, tərəflər yolları ayıracaq.

Xatırladaq ki, Sercino 2020-ci ildə "Ayaks"dan transfer olunub. Kataloniya klubu amerikalı futbolçunun klubuna 21 milyon varo ödəyib. Dest son mövsümü icarə əsasında "Milan"da keçirib. Onun "Barselona" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər