"Barselona" "Mançester Siti"nin müdafiəçisi Emerik Laport ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
Xəbərə görə, bu mövsüm əsas heyətə düşməkdə çətinlik çəkən futbolçunu klubu da buraxmaq fikrindədir. Ancaq İngiltərə klubu İspaniya millisinin üzvünü pulsuz göndərmək niyyətində deyil.
Qeyd edək ki, Laport 2018-ci ildən "Mançester Siti"də çıxış edir. 88 oyunda meydana çıxıb və 5 qola imza atıb.
Röya