"Barselona" heyətinə iki hücumçu qatmaq istəyir.
Fanat.Az "Don Balon"a istinadən xəbər verir ki, Lionel Messinin hücum xəttində yükünü azaltmaq istəyən Kataloniya klubu PSV-dən Hirvinq Lozano və "Cenoa"dan Kriştof Pyatekə elçi düşüb. "Barselnona" rəhbərliyinin adıçəkilən klublarla yanvarda danışıqlara başlayacağı deyilir.
Qeyd edək ki, Hirinq Lozano 2017-ci ildə Meksikanın "Paçuka" klubundan PSV-yə 8 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 40 milyon avro qiymət qoyub. 23 yaşlı mesikalı hücumçu cari mövsümdə oynadığı 23 matçda 13 qol vurub və 6 məhsuldar ötürmə edib.
"Cenoa" isə Kriştof Pyateki bu ilin yayında Polşanın "Krakoviya" (Krakov) klubundan 4,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" bu futbolçuya 15 milyon avro qiymət qoyub. 23 yaşlı polşalı forvard cari mövsümdə 15 rəsmi oyuna çıxaraq 14 qol vurub.
Fanat.Az