"Barselona" "Messinyo"nu transfer etməyə hazırlaşır - Danışıqlar başladı

"Barselona" "Messinyo"nu transfer etməyə hazırlaşır - Danışıqlar başladı

"Messinyo" ləqəbi ilə tanınan Braziliyanın "Palmeyras" klubunun hücumameyilli yarımmüdafiəçisi Estevao Villian karyerasını İspaniya çempionatında davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" informasiya yayıb.

Mənbənin məlumatına görə, kataloniyalılar 16 yaşlı vunderkind ilə ciddi maraqlanır. Villianın özü də karyerasını "Barselona"da davam etdirmək istəyir. Bu baxımdan kataloniyalılar futbolçu üçün mübarizə aparan PSJ və Mançester nəhənglərindən daha üstün mövqedədir. 

"Barselona"nın gənc futbolçunun nümayəndələri ilə müqaviləni yekunlaşdırmaq üçün danışıqlar apardığı bildirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər