"Barselona" PSJ-nin hücumçusu Lionel Messini geri qaytarmağa hazırlaşır.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, ona 2025-ci ilə qədər iki illik müqavilə təklif olunacaq.
Mənbənin məlumatına görə, kataloniyalılar artıq ulduz futbolçunun gəlişinin onları maddi mənada nə qədər irəli salacağını da hesablayıblar. Belə ki, klubun kommersiya departamenti hesablayıb ki, Leonun transferi "Barselona"ya növbəti mövsümdə 250-300 milyon avro qazandıracaq. Bu məbləğə forma, atribut satışı və digər gəlirlər daxildir.
Qeyd edək ki, Messi 2021-ci ilə kimi "Barselona"da çıxış edib.
Mirağa