"Barselona" Messinin həmyerlisinə elçi düşdü

"Barselona" Messinin həmyerlisinə elçi düşdü

"Barselona" klubu "Portu"nun yarımmüdafiəçisi Alan Varelanın xidmətində maraqlıdır. 

Fanat.Az xəbər verir ki, məlumatı "Sport" yayıb. 

Mənbənin məlumatına görə, "blauqrana" 22 yaşlı argentinalı futbolçuya təklif hazırlayır. 

Mənbə Varelanın qışda "Camp Nou"ya transferini mümkünsüz hesab edir. "Portu"nun oyunçu üçün çox təzminat istəyəcəyi bildirilir. Maliyyə böhranında olan "Barselona" oyunçulara əlavə ödəniş edə bilmir.

Qeyd edək ki, Varela Avropada cəmi iki aydan bir az çox vaxt keçirə bilib. Yarımmüdafiəçi bu yay “Boka Xuniors”dan “Portu”ya keçib. Bu mövsüm o, bütün turnirlərdə 7 oyun keçirib və hələ heç nə ilə yadda qalmayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər