"Barselona"nın yeni transfer hədəfi bəlli olub.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi "Atletik"dən İniqo Martinesi bəyənib.
"Relevo" keçidinin bu yay baş tutacağını yazır.
Artıq Martines ilə "Barselona" arasında danışıqlar yekunlaşıb və razılıq əldə olunub. 31 yaşlı ispaniyalı müdafiəçi yeni klubuna azad agent kimi keçəcək.
Röya