"Barselona" Levandovskinin maaşını azaldacaq - Danışıqlar başladı

"Barselona" Levandovskinin maaşını azaldacaq - Danışıqlar başladı

"Barselona" ulduz hücumçusu Robert Levandovski ilə maaşının azaldılması ilə bağlı danışıqlara başlayıb. 

Fanat.Az xəbər verir ki, bu barədə "Barcelona Noticias" məlumat yayıb.

Mənbənin məlumatına görə, halbuki, müqavilənin şərtlərində növbəti mövsümdə futbolçunun maaşının artmalı olduğu qeyd olunub. Polşalı ulduz hazırda Kataloniya klubunda ilinə 20,8 milyon avro alır.

Son zamanlar Levandovskinin mövsümün sonunda mümkün gedişi ilə bağlı xəbərlər yayılıb. Bununla belə, futbolçunun agenti 35 yaşlı hücumçunun karyerasını “Barselona”da davam etdirmək niyyətində olduğunu bildirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər