"Barselona" "İnter"in hücumçusu Lautaro Martinesə müqavilə təklif edib.
Fanat.Az jurnalist Nikolo Skiraya istinadən xəbər verir ki, "Barsa" Lautaroya illik 10 milyon avro məvacib ödəməyə hazırdı. Prezident Jozep Bartomeunun argentinalı futbolçunun keçidində xüsusi maraqlı olduğu və bu transferin klub üçün prioritet təşkil etdiyi bildirilir.
Bununla belə, "İnter" Lautaronu "Barselona"ya satmaq istəmir. "Katalonlar"ın yeganə çıxış yolu 111 milyon avro dəyərində təzminat məbləğini ödəməkdi. Nelson Semedu və Xunior Firpo baş məşqçi Antonio Kontenin planlarına daxil deyil. Odur ki, italiyalı mütəxəssis onlardan "barter" variantı kimi istifadə edilməsinin əleyhinədi.
Cari mövsümdə İtaliya A Seriyasında 22 matçda meydana çıxan Lautaronun aktivində 11 qol, 4 məhsuldar ötürmə var.
Fanat.Az