"Barselona" ÇL-dəki rəqibin futbolçusunu istəyir - Planlar açıqlandı

"Barselona" ÇL-dəki rəqibin futbolçusunu istəyir - Planlar açıqlandı

"Barselona" Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində bu gün qəbul edəcəyi "Antverpen"in  futbolçusunu heyətinə qatmaq istəyir.

Fanat.Az "Mundo deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi Belçika təmsilçisinin rəsmiləri ilə yarımmüdafiəçi Artur Vermerenin transferini müzakirə etməyi planlaşdırır.  

"Barsa"nın skautlarının 18 yaşlı orta xətt oyunçusunun İspaniya nəhənginə qarşı oyununu izləyəcəyi bildirilib. Mənbə katalonların Arturun agenti ilə də görüşəcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, Vermerenin "Antverpen"lə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər