"Barselona"nın baş direktoru Oskar Qrau Niderland millisini çalışdıran Ronald Kumanla danışıqlar apardıqlarını təsdiqləyib.
Fanat.az xəbər verir ki, funksioner bu barədə "Sport.es"ə açıqlamasında deyib. O, 57 yaşlı mütəxəssislə şəxsən danışıq apardığını bildirib.
"Barselona" baş məşqçisi Kike Setyeni istefaya göndərib. Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub.
Ronald Kuman futbolçu karyerasında 1989 - 1995-ci illərdə "Barselona"da oynayıb. O, 1998 - 2000-ci illərdə komandada köməkçi məşqçi kimi işləyib.
Fanat.az