"Barselona" Filippe Koutinyu üçün komanda axtarışındadı.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, "Barselona" Koutinyunu "Arsenal" və "Nyukasl"a təklif edib. "Blauqrana" rəhbərliyi braziliyalı futbolçunun Premyer Liqaya dönüşünün hər iki tərəf üçün ən yaxşı variant olacağı qənaətindədi.
Hələlik "Arsenal" və "Nyukasl" "Barsa"nın təklifinə cavab verməyiblər.
Katalon klubu yüksək məvacib tələbləri səbəbindən Koutinyuya alıcı tapmaqda çətinlik çəkir.
Fanat.Az