"Barselona" korrupsiya ittihamlarını yalanladı - BƏYANAT

"Barselona" korrupsiya ittihamlarını yalanladı - BƏYANAT
"Barselona"nın sabiq vitse-prezidenti Emili Russo rəhbərliyin klub kassasından oğurluq etdiyini iddia etmişdi.
Fanat.Az xəbər verir ki, "Barselona" Russonun açıqlaması ilə bağlı bəyanat yayıb. Katalon klubu ittihamları qəbul etməyib:
"Klubun keçmiş vitse-prezidenti Emili Russonun mediaya verdiyi müsahibədə vurğuladığı əsassız iddiaları nəzərə alaraq qeyd etmək istərdik ki, "Barselona" korrupsiya kimi təsnif edilən istənilən əməliyyata görə irəli sürülən ittihamları qəti şəkildə rədd edir və qanuna zidd məsələləri bəyan etmək hüququnu özündə saxlayır.
Sosial şəbəkələrlə bağlı məsələ hazırda "PriceWaterhouseCoopers" şirkətinin detallı auditindən keçdir".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər