"Barselona" Kessyeni "Əl-Əhli"yə bu qiymətə satır - Tərəflər razılığa gəldi

"Barselona" Kessyeni "Əl-Əhli"yə bu qiymətə satır - Tərəflər razılığa gəldi

"Barselona"nın yarımmüdafiəçisi Frank Kessye karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, Kessyenin xidmətində maraqlı olan "Əl-Əhli" artıq Kataloniya klubu ilə razılığa gəlib. Mənbə İspaniya nəhənginin Frankı 15 milyon avroya satacağını və futbolçunun yeni klubu ilə 3 illik müqavilə bağlayacağını vurğulayıb.

26 yaşlı Kessye ötən ilin yayında "Milan"dan azad agent qismində ayrılaraq "Barselona"ya qoşulub. Geridə qalan mövsümdə "blauqrana"nın heyətində bütün turnirlərdə 43 matça çıxan orta xətt oyunçusu 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər