"Barselona" "Kamp Nou"ya bu tarixdə qayıdacaq

"Barselona" "Kamp Nou"ya bu tarixdə qayıdacaq

"Barselona"nın Direktorlar Şurası komandanın "Kamp Nou"ya qayıdacağı tarix ilə bağlı qərar verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı "Mundo Deportivo" yayıb.

"Blauqrana"nın təmir edilən stadiona bu ilin son ayında - dekabrın 15-də qayıdacağı bildirilib. 

Daha öncə rəhbərlik “Kamp Nou”ya noyabrın 29-da, klubun 125 illik yubileyində dönməyi planlaşdırsa da, sonradan fikrini dəyişib.

Qeyd edək ki, "Barselona" "Kamp Nou"dakı yenidənqurma ilə əlaqədar 2023-cü ildən ev oyunlarını Olimpiya Stadionunda keçirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər