"Barselona" ilk transferini rəsmən açıqladı - 39 milyon avro

"Barselona" ilk transferini rəsmən açıqladı - 39 milyon avro
"Barselona" braziliyalı Arturun transferini açıqlayıb. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
Məlumatda bildirilir ki, "Barselona" və "Qremio" klubları arasında rəsmi anlaşma əldə olunub. Kataloniya klubu yayda 30 milyon avro ödəyərək futbolçunu heyətinə qatacaq. Müqavilədə bundan başqa 9 milyon avro bonus da nəzərdə tutulub.
Qeyd edək ki, tam adı Artur Enrike Ramos de Oliveyra Melo olan 21 yaşlı yarımmüdafiəçi indiyədək "Qremio"nun heyətində 53 rəsmi oyuna çıxaraq 2 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər