"Barselona ilə razılığa gəldik, amma..." - Klub prezidenti açıqladı

"Barselona ilə razılığa gəldik, amma..." - Klub prezidenti açıqladı

İspaniyanın Sequnda təmsilçilərindən olan "Las Palmas"ın prezidenti Migel Anxel Ramires komandanın 19 yaşlı yarımmüdafiəçisi Alberto Moleyronun "Barselona"ya satılmayacağını bildirib.

Fanat.Az xəbər verir ki, klub başqanının söylədiklərini "Mundo Deportivo" belə çatdırıb:

"Yayda "Barselona" ilə prinsipial razılığa gəldik, amma həmin vaxt maliyyə feyr-pleyinə görə nəsə etmək mümkün deyildi. Bu üzdən keçid baş tutmadı.

Həmin vaxtdan bəri Kataloniya təmsilçisinin nümayəndələri ilə bu barədə danışığımız olmayıb. Onu deyə bilərəm ki, Moleyronun "Barselona"ya transferi daha gündəmdə deyil. Məncə, artıq onların başqa transfer hədəfləri var".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər