"Barselona" iki futbolçunu hədəfə alıb - ADLAR

"Barselona" iki futbolçunu hədəfə alıb - ADLAR

"Vilyarreal"ın iki futbolçusu "Barselona"nın maraq dairəsinə düşüb. 

Fanat.Az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb. 

Mənbənin məlumatına görə, müdafiəçi Xuan Foyt və yarımmüdafiəçi Aleks Baena Kataloniya nəhənginə keçə bilər. Birincinin transfer dəyəri 18 milyon avro, ikincinin isə 25 milyon avro dəyərində qiymətləndirilir. 

İspaniya çempionatının bu mövsümündə "Barselona" 33 turdan sonra 73 xal toplayıb. Xavi Ernandesin komandası lider "Real Madrid"dən 11 xal geri qalaraq ikinci pillədə qərarlaşıb. "Barsa"nın növbəti oyunu "Jirona" ilə səfərdə olacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər