"Barselona" hücumçusunu Premyer Liqa klubuna satır

"Barselona" hücumçusunu Premyer Liqa klubuna satır
"Barselona"nın hücumçusu Martin Braytuayt karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Vest Hem" Braytuaytın xidmətində maraqlıdı. Tərəflər arasındakı danışıqlar yekun mərhələdədi. London klubunun 20 milyon avro qarşılığında transferi rəsmiləşdirəcəyi gözlənilir.
"Barselona" fevral ayında "Leqanes"ə 18 milyon avro ödəyərək 29 yaşlı futbolçunu heyətinə qatmışdı. Braytuayt 2019-20 mövsümündə La Liqada 11 matçda meydana çıxıb və bir qolla yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər