“Barselona” klubu hələ də keçmiş futbolçusu Lionel Messinin maaşını ödəyir.
Fanat.Az “La Vanguardia”ya istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Xuan Laporta məlumat verib:
“O, əvvəlki rəhbərliklə razılaşdırılan təxirə salınmış maaş ödəmələrinə sahibdir. Ödənişlər 2025-ci ildə başa çatacaq. Messiyə ödənişlər ciddi şəkildə həyata keçirilir”.
Messi 2021-ci ildə “Barselona”dan ayrılıb. Argentinalı hücumçu hazırda “İnter Mayami”nin formasını geyinir.