"Barselona" fransız məşqçinin xidmətində maraqlı deyil

"Barselona" fransız məşqçinin xidmətində maraqlı deyil
"Barselona" baş məşqçi postunu Loran Blana həvalə etmək niyyətində deyil.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, Blan "Barselona"nın planlarına daxil deyil. Hazırda katalon klubu bütün diqqətini Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində "Napoli" ilə oynanılacaq matça yönəldib.
Daha öncə idman direktoru Erik Abidalın fransız çalışdırıcı ilə əlaqə yaratdığına dair xəbərlər yayılmışdı. Bu məlumatlar da həqiqəti əks etdirmir.
Blan 1996-1997-ci illər aralığında "Barsa"da oynayıb. Onun məşqçi kimi sonuncu iş yeri PSJ olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər