"Barselona" əsas oyunçularından biri ilə vidalaşmağı planlaşdırır

"Barselona" əsas oyunçularından biri ilə vidalaşmağı planlaşdırır

"Barselona"nın və Fransa millisinin müdafiəçisi Jül Kunde iş yerini dəyişmək üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən jurnalist Ferran Martines yayıb.

Məlumata görə, Kataloniya təmsilçisi maliyyə feyr pleyinə əməl etmək üçün məhz sözügedən futbolçunu satmağı planlaşdırır. Mənbə Jülün cari mövsümün sonunda "blauqrana"nı tərk edə biləcəyini vurğulayıb. 

Daha öncə "Barsa"nın bu ilin yayında niderlandlı yarımmüdafiəçi Frenki de Yonqla da yolları ayıracağı barədə məlumat yayılmışdı.

Xatırladaq ki, Kunde İspaniya nəhənginə 2022-ci ilin yayında "Sevilya"dan transfer olunub. 25 yaşlı müdafiəçinin klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər