"Barselona" dünya çempionu ilə anlaşdı - SON DURUM

"Barselona" dünya çempionu ilə anlaşdı - SON DURUM

"Barselona" yay transfer pəncərəsində heyətini gücləndirməyə çalışır. 

Fanat.Az "Todofichajes"-ə istinadən xəbər verir ki, Kataloniya klubu artıq "Betis"in yarımmüdafiəçi Qvido Rodriqesin keçidini razılaşdırıb. 

Kataloniya klubu, 30 yaşlı Rodrigesi azad agent kimi rənglərinə bağlayacaq. Çünki onun hazırkı müqaviləsinin müddəti iyunun sonuna kimidir. "Barselona"nın baş məşqçisi Xavi argentinalı ilə müqavilə imzalamaq üçün yaşıl işıq yandırıb. 

Qeyd edək ki, Gvido Rodrigez dünya çempionudur. O, 2022-ci il dünya çempionatında Argentina millisinin heyətində bir oyunda çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər