"Barselona" daha bir oyunçusunu satdı

"Barselona" daha bir oyunçusunu satdı
"Xetafe" "Barselona"nın müdafiəçisi Mark Kukurelyanın transfer haqlarını ələ keçirib.
Fanat.Az "Barselona"nın saytına istinadən xəbər verir ki, "Xetafe" Kukurelyaya görə 10 milyon avro ödəyib. Katalon klubu 21 yaşlı futbolçunun növbəti satışından 10% gəlir əldə edəcək.
Kukurelya 2012-ci ildə "Barselona"nın akademiyasına qoşulub. O, "blauqrana"nın əsas komandasının heyətində bir oyun keçirib.
İspan oyunçu cari mövsümdə icarə əsasında "Xetafe"də çıxış edib. 31 matçda meydana çıxan Kukurelya 1 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Qeyd edək ki, ötən gün "Barselona"nın yarımmüdafiəçisi Arturun "Yuventus"a transferi rəsmiləşmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər