"Barselona" Samuel Umtitinin müqavilə müddətini uzatmağa hazırlaşır. Fanat.Az "Sport"a istinadən xəbər verir ki, Kamerun əsilli fransalı müdafiəçi ilə 2 illik müqavilə imzalanacaq.
Samuel Umtitinin mövcud müqaviləsi 2021-ci ildə başa çatacaq. Lakin klub rəhbərliyi onu uzun müddət komandada saxlamaq istəyir. Məlumata görə, "Barselona" rəhbərliyi hazırkı müqavilədə 60 milyon avro olan sərbəst qalma qiymətini 200 milyon avroya qaldıracaq.
Qeyd edək ki, "Barselona" Samuel Umtitini 2016-cı ildə "Lion"dan 25 milyon avroya alıb. 24 yaşlı futbolçu cari mövsümdə 23 rəsmi oyuna çıxıb.
Fanat.Az