"Barselona" baş məşqçisini itirə bilər

"Barselona" baş məşqçisini itirə bilər

Hazırda "Barselona"nın ikinci komandasına rəhbərlik edən meksikalı mütəxəssis Rafael Markes cari mövsümün sonunda Kataloniya klubunu tərk edəcək. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb. 

Mənbənin məlumatına görə, 45 yaşlı məşqçinin "mavi qranatlar"la müqaviləsini uzatmaqla bağlı tərəddüdləri var. İddiaya görə, o, əsas komandada çalışacağını gözləyirmiş, lakin Xavi Ernandesin klubda qalmağa qərar verməsi meksikalını üzüb. Markes "Barselona" rəhbərliyinin ona güvənməməsindən məyus olub. 

Rafael və "Barselona" arasındakı hazırkı müqavilənin müddəti 2024-cü ilin iyun ayının sonuna qədərdir. O, 2022-ci ilin yayından əvəzedici komandanı çalışdırır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər