"Barselona”rəhbərliyi 2017-ci ildən əsas komandanı oyunlara çıxaran baş məşqçi Ernesto Valverdenin gələcək taleyi ilə bağlı yekun qərar verib.
Fanat.Az-ın məlumatına görə, klubun rəsmi saytı Valverdenin müqaviləsinin müddətinin uzadılacağı haqda informasiya yayıb.
Mütəxəssislə 2019/20 mövsümünün sonuna qədər razılıq əldə olunub. Sazişin şərtlərinə əsasən bu müddət başa çatandan sonra çalışdırıcı qarşılıqlı razılıq əsasında daha 1 il postunda qala biləcək.
Fanat.Az