"Barselona" Ansu Fati üçün yeni müqavilə hazırlayır.
Fanat.Az "Sport" nəşrinə istinadən xəbər verir ki, "Barselona" "Mançester Yunayted" başda olmaqla, Avropa nəhənglərinin Fatiyə olan marağından ehtiyatlandığı üçün, ona daha yaxşı şərtlərə malik sözləşmə təklif etmək niyyətindədi. "Katalonlar" 17 yaşlı futbolçunun məvacibini və sərbəstqalma məbləğini artırmaq niyyətindədi.
2019-20 mövsümündə 32 matçda meydana çıxan Fatinin aktivində 8 qol, 1 məhsuldar ötürmə var. "Transfermarkt" portalı onun mümkün transferini 50 milyon avro dəyərində qiymətləndirir.
Fanat.Az