"Barselona" "Atletiko" ilə oyunda bu futbolçulardan istifadə edəcək

"Barselona" "Atletiko" ilə oyunda bu futbolçulardan istifadə edəcək
"Barselona"nın baş məşqçisi Kike Setyen La Liqanın 33-cü turu çərçivəsində "Atletiko" ilə oynanılacaq matçın iştirak ərizəsini açıqlayıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, zədədən əziyyət çəkən Serci Robertonun adı siyahıda yer alıb. Mövsüm ərzində 10-cu sarı vərəqəsini aldığına görə ötən matçı qaçıran Serxio Buskets də heyətə qayıdıb.
"Barselona" "Atletiko" ilə oyunda, yaxın zamanda "Yuventus"a keçəcəyi gözlənilən Arturun xidmətindən də faydalana biləcək.
"Barsa"nın iştirak ərizəsi: Ter Şteqen, Semedu, Pike, Rakitiç, Buskets, Artur, Suares, Messi, Netu, Lanqle, Qrizmann, Alba, Braytveyt, S. Roberto, Vidal, Umtiti, Firpo, Penya, Puç, Kolyado, Fati, Arauho, R. Rodriqes.
Qeyd edək ki, "Barselona" - "Atletiko" matçı iyunun 30-dan iyulun 1-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər