"Barselona" yeni hücumçu almağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi "Borussiya Münhenqladbax"ından Markus Turamla maraqlanır.
Məlumatı "Fichajes" yayıb. "Barselona" Fransa millisinin üzvünü Ansu Fati və ya Ferran Toresə əvəzedici olaraq görür.
Qeyd edək ki, yayda azad agent olacaq futbolçu "Mançester Yunayted", "Çelsi" və "Arsenal" kimi klubların da diqqət mərkəzindədir.
Röya