"Barselona" 60 milyon avroluq təklifi rədd etdi

"Barselona" 60 milyon avroluq təklifi rədd etdi
"Barselona" vinqeri Fransişku Trinkaunu sata bilərmiş.
Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, "Barselona" İngiltərə Premyer Liqasının iddialı klublarından birindən Trinkauya görə 60 milyon avro dəyərində təklif alıb. Lakin katalon klubu təklifi rədd edib. "Barsa" rəhbərliyi 20 yaşlı futbolçunu gələcək adına önəmli fiqurlardan biri hesab edir.
"Blauqrana" Trinkaunu qışda 31 milyon avro qarşılığında "Braqa"dan transfer etmiş və onun mövsümün sonuna kimi Portuqaliya klubunda icarə əsasında oynamasına razılıq vermişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər