"Barselona" 50 milyona aldığı futbolçunu satır

"Barselona" 50 milyona aldığı futbolçunu satır

"Barselona"nın mərkəz müdafiəçisi Jül Kundeni satacağı ilə bağlı informasiyalar səngimir.

Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "Mundo Deportivo" yayıb.

Xəbərə görə, indiki durumda Kundeyə xüsusi ehtiyac duymayan Kataloniya təmsilçisi onunla cari mövsümün sonunda vidalaşmaq niyyətindədir. Mənbə "Barsa"nın sözügedən futbolçunu yetərincə yüksək qiymətə satmağı hədəflədiyini vurğulayıb.

Xatırladaq ki, İspaniya nəhəngi Kundeni 2022-ci ilin yayında, 50 milyon avro qarşılığında "Sevilya"dan transfer edib. Cari mövsüm "blauqrana" forması ilə bütün turnirlərdə 30 matça çıxan 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər