"Barselona"ya 50 milyon avro təklif edən Premyer Liqa klubunun adı məlum oldu

"Barselona"ya 50 milyon avro təklif edən Premyer Liqa klubunun adı məlum oldu
Fransişku Trinkauya görə "Barselona"ya təklif göndərən ingilis klubunun adı məlum olub.
Fanat.Az "Guardian"a istinadən xəbər verir ki, "Lester" Trinkaunu 50 milyon avro dəyərindəki satınalma opsiyası ilə birlikdə 2 il müddətinə icarəyə götürmək istəyib. Lakin "Barselona" təklifi rədd edib.
Katalon klubu bu ilin qışında 20 yaşlı futbolçunu 31 milyon avro qarşılığında transfer etmiş və mövsümün qalan hissəsini icarə əsasında Portuqaliya klubunda keçirməsinə razılıq vermişdi.
2019-20 mövsümündə "Braqa"nın heyətində 40 matçda forma şansı əldə edən Trinkau 9 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər