"Barselona" Braziliyanın "San Paulo" klubundan Qustavo Mayanı transfer edib.
Fanat.Az xəbər verir ki, Kataloniya klubu 19 yaşlı hücumçu üçün braziliyalılara 4,5 milyon avro ödəyib. "Barselona" 2024/25 mövsümünün sonunadək müqavilə imzaladığı braziliyalıya 300 milyon avro sərbəst qalma qiyməti qoyub.
Qeyd edək ki, Braziliyanın U-16 və U-17 millilərində çıxış etmiş Maya hələlik "Barselona"nın B komandasında forma geyinəcək.
Fanat.Az