"Barselona" Rusiyadan heyətinə futbolçuqatmağa hazırlaşır.
Fanat.Az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu qış fasiləsində "Zenit"dən mərkəz müdafiəçi Branislav İvanoviçi icarəyə götürmək niyyətindədi. Buna səbəb komandanın aparıcı mərkəz müdafiəçiləri - Samuel Umtiti və Tomas Vermalenin zədələnməsi olub.
Qeyd edək ki, İvanoviç 2017-ci ilin qışında "Çelsi"dən "Zenit"ə keçib. 34 yaşlı serb müdafiəçi bu mövsüm meydana çıxdığı 16 oyunda 1 məhsuldar ötürmə edib.
Fanat.Az