"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

İspaniya La Liqasında 36-cı tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 3 oyun baş tutub.

“Las Palmas” – “Betis” matçında qalib müəyyənləşməyib. “Real Sosyedad” evdə “Valensiya”nı üstələyib. “Almeriya”nın qonağı olan “Barselona” da turu inamlı qalibiyyətlə başa vurub.

Hazırda 93 xala malik çempion “Real” liderdir. “Barselona” 79 xalla 2-ci, “Jirona” 75 xalla 3-cü pillədə qərarlaşıb. 

İspaniya La Liqası 36-cı tur 14 may

Osasuna – Malyorka 1:1 Qollar: Monkayola, 14 – Darder, 65.

Real M – Alaves 5:0 Qollar: Bellingem, 10. Vinisius, 27; 70. Valverde, 45+1. A.Gülər, 81.

Jirona – Vilyarreal 0:1 Qol: B.Traore, 59.

15 may

Rayo Valyekano – Qranada 2:1 Qollar: Leyeune, 23. De Frutos, 80 – Boye, 89.

Sevilya – Kadis 0:1 Qol: Qvardiola, 90+6.

Selta – Atletik 2:1 Qollar: Svedberq, 68. H.Alvares, 71 – Berencer, 23.

Xetafe – Atletiko M 0:3 Qollar: Qrizmann, 27; 42; 51.

16 may

Las Palmas – Betis 2:2 Qollar: Aleks Suares, 27. Moleyro, 64 – Marmol, 21-öz qapısına. Ayose Peres, 49.

Almeriya – Barselona 0:2 Qollar: F.Lopes, 14; 67.

Real Sosyedad – Valensiya 1:0 Qol: Andre Silva, 3.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər