"Barselona" 2 qolla 2-ci yerə yüksəldi

"Barselona" 2 qolla 2-ci yerə yüksəldi

İspaniya La Liqasında 35-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Barselona” doğma meydanda “Real Sosyedad”la üz-üzə gəlib və inamlı qələbəyə sevinib.

Hazırda 90 xal toplamış və çempionluğu təmin etmiş “Real” vahid liderdir. “Barselona” 76 xalla 2-ci, “Jirona” 75 xalla 3-cü pillədə qərarlaşıb. 

İspaniya La Liqası 35-ci tur 10 may

Alaves – Jirona 2:2 Qollar: Quridi, 12; 90+9 – E.Qarsiya, 4. Y.Errera, 44.

11 may

Malyorka – Las Palmas 1:0 Qol: C.Qonsales, 29.

Vilyarreal – Sevilya 3:2 Qollar: Sörloot, 30; 90+7. Moskera, 84 – En Nesiri, 26; 44.

Qranada – Real M 0:4 Qollar: F.Qarsiya, 38. A.Gülər, 45+2. B.Dias, 49; 58.

Atletik – Osasuna 2:2 Qollar: İ.Uilyams, 58. Vilyalibre, 90+6 – R.Qarsiya, 40; 47.

12 may

Kadis – Xetafe 1:0 Qol: Alkaras, 35-pen.

Atletiko M – Selta 1:0 Qol: De Paul, 84.

Valensiya – Rayo Valyekano 0:0

Betis – Almeriya 3:2 Qollar: Fornals, 8. İsko, 28. A.Peres, 64 – Leo Baptistao, 45+1. Romero, 66.

13 may

Barselona – Real Sosyedad 2:0 Qollar: Yamal, 40. Rafinya, 90+3-pen.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər