"Barselona" 19 yaşlı israillini istəyir

"Barselona" 19 yaşlı israillini istəyir

"Barselona" İsrail millisinin futbolçusu Oskar Qluxu heyətinə qata bilər.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Ekrem Konur yayıb.

Xəbərə görə, Kataloniya təmsilçisi "Zaltsburq"un formasını geyinən 19 yaşlı oyunçunu bu qış heyətinə qatmağı planlaşdırır. Mənbə Oskarın xidmətində "Nyukasl", "Aston Villa" və "Arsenal" kimi klubların da maraqlı olduğunu vurğulayıb.

Qeyd edək ki, Qluxun Avstriya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər