"Barselona" 18 saniyə kecikdiyi üçün transfer baş tutmadı - AÇIQLAMA

"Barselona" 18 saniyə kecikdiyi üçün transfer baş tutmadı - AÇIQLAMA

"Barselona"nın idman direktoru Mateo Alemani "Los-Anceles Qelaksi"nin müdafiəçisi Xulian Arauxonu niyə transfer edə bilmədiklərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:

"Transfer pəncərəsinin son günündə bu keçidi həll etməliydik. Ancaq sistemdə problem yarandığı üçün 18 saniyə gecikdik. FİFA-nın nə deyəcəyini gözləyirik".

Qeyd edək ki, Meksika millisinin üzvü olan 21 yaşlı Arauxo 2019-cu ildən "Los-Anceles Qelaksi"nin formasını geyinir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər