Hakimi təhqir edən Mario Balotelliyə 3 oyunluq cəza verilib. Fanat.az xəbər verir ki, "Napoli"yə son turda məğlub olan "Milan"ın futbolçusu məğlubiyyətdə hakimi günahlandırıb.
Qeyd edək ki, bu cəzadan sonra Balotellinin İtaliya çempionatının 7-ci turunda "Milan"ın "Yuventus"a qarşı oynayacağı oyunda iştirak etməyəcəyi dəqiqləşib.