Ballak Almaniya millisinə baş məşqçi namizədini açıqladı

Ballak Almaniya millisinə baş məşqçi namizədini açıqladı

"Bayern Münhen"in sabiq futbolçusu Mixael Ballak Almaniya millisini niderlandlı mütəxəssis Lui van Qalın çalışdırmasının tərəfdarıdır. 

Fanat.Az xəbər verir ki, "Kicker" veteran futbolçunun dediklərini belə çatdırırb:

“Biz mümkün olan ən yaxşı variantı axtarmalıyıq. Məndən olsa, təcrübəli məşqçi dəvət edərdim. Van Qal məhz beləsidir. Onun bu iş üçün hər şeyi var. Komandaya yeni impuls lazımdır. Luis hörmət tələb edən bir insandır, lazımi təcrübəyə malikdir və işin bütün incəliklərinə bələddir".

Xatırladaq ki, Hans-Diter Flik bir müddət əvvəl Almaniya millisinin baş məşqçisi postundan qovulub. Van Qalın son iş yeri isə Niderland millisi olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər