"Balayevin "Barselona"da deyil, Qazaxıstanda oynaması daha realdı"

"Balayevin "Barselona"da deyil, Qazaxıstanda oynaması daha realdı"
Qazaxıstanın sports.kz saytı "Tobol"dan ayrılan millimizin qapıçısı Emil Balayev haqda yazıb.
Fanat.Az xəbər verir ki, yazıda 25 yaşlı qolkiperin karyerasını harada davam etdirə biləyi ilə bağlı bunlar qeyd olunub:
"Ötən il çempionatımızın ən yaxşı qapıçılarından biri olan Emil Balayevi yeni mövsümdə Qazaxıstanda bəlkə də görə bilməyəcəyik. Burada hər şey əvvəlki nümunələrdə olduğu kimi birmənalı deyil. Emilin menecerləri öz aləmində istedadlı qapıçını "Barselona"ya göndərə biləcəklərini iddia edə bilərlər. Ancaq bu, faktdır ki, azərbaycanlı qolkiperin Qazaxıstan Premyer Liqasında çıxış edən klublardan birinə keçməsi daha realdı. Hələlik hadisələri qabaqlamaq istəmirik" deyə yazıda bildirilir.
Qeyd edək ki, Emil Balayev erməni mütəxəssis Qriqori Babayanın "Tobol"a baş məşqçi təyin olunmasından sonra Kostanay təmsilçisindən ayrılıb. Hazırda azad agent olan 26 yaşlı qapıçının adı Türkiyə, Belçika, Rusiya və Qazaxıstan klubları ilə birgə hallanır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər