"Atletiko"nun müdafiəçisi "Beşiktaş"da - RƏSMİ

"Atletiko"nun müdafiəçisi "Beşiktaş"da - RƏSMİ
"Beşiktaş” heyətinə yeni oyunçu qatıb.
 
Fanat.Az xəbər verir ki, Superliqa təmsilçisi Madrid "Atletiko”sunun müdafiəçisi Fransisko Monteronu icarəyə götürüb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı ispan futbolçu mövsümün sonunadək İstanbul klubunun uğurları üçün çalışacaq.
 
Montero "Atletiko”nun öz yetirməsidi. İspaniya klubu onu geridə qalan mövsümdə "Deportivo”ya icarəyə vermişdi. Fransisko həm də İspaniyanın gənclərdən ibarət yığmasının üzvüdür.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər