Azmun müqavilə bağlamaq üçün İtaliyaya yollandı

Azmun müqavilə bağlamaq üçün İtaliyaya yollandı

"Bayer Leverkuzen"in hücumçusu Sərdar Azmun İtaliyaya yollanıb.

Fanat.Az xəbər verir ki, İran millisinin forvardı "Roma" ilə müqavilə bağlamaq üçün eyniadlı şəhərə uçub.

"Canavarlar" 28 yaşlı Azmunu sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə icarəyə götürəcək. Paytaxt təmsilçisi mövsümün sonunda tranferi reallaşdırmağa qərar verəcəyi halda, qarşı tərəfə 12 milyon avro ödəyəcək.

Qeyd edək ki, Sərdarın Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər