3 futbolçumuzun düşərgəsində olduğu Türkiyənin “Çorumspor” klubu maliyyə problemi ilə üzləşib. Fanat.az xəbər verir ki, Regional Həvəskarlar Liqasında çıxış edəcək komanda futbolçularımızın sifarişi üçün pul axtarır.
Bu barədə klubun baş direktoru Güngör Atav açıqlama verib: “Azərbaycandan gələn futbolçular üçün TFF-yə 6 min lirə (təxminən 3 min manat) ödəməliyik. Bu məbləği tapmaq üçün çalışmalara başlamışıq”.