Azərbaycan gimnastı Almaniyada gümüş medal qazandı

Azərbaycan gimnastı Almaniyada gümüş medal qazandı

Azərbaycanın bədii gimnastı Alina Məmmədova Almaniyanın Leverkuzen şəhərində keçirilən "4-cü Qış Kuboku" yarışlarında gümüş medal qazanıb.

Fanat.Az Azərbaycan Gimnastika Federasiyasının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, idmançı topla hərəkətlərdə ikinci yeri tutub.

Qeyd edək ki, turnirdə Leyli Ağazadə və Fidan Aladinova da mübarizə aparır. "4-cü Qış Kuboku" dekabrın 12-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər