AZAL bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, paytaxt klubu Freddi Borqla vidalaşıb.
Rəhbərliklə isveçli futbolçu qarşılıqlı razılıq əsasında müqaviləni pozub. Artıq Borq ölkəmizi tərk etməyə hazırlaşır.
Qeyd edək ki, yayda Almaniyanın "Darmştadt" klubundan gələn isveçli yarımmüdafiəçi ölkəmizdə 6 oyun keçirib.
Fanat.az