AZAL iki futbolçudan imtina etdi

AZAL iki futbolçudan imtina etdi
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov baxışda olan iki futbolçu ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, baş məşqsi Boy Deul və Pinto Moreira Hardinin xidmətindən imtina edib.
Hər iki futbolçu AZAL-ın düşərgəsinə azad agent kimi gəlmişdi. Lakin Vaqif Sadıqov onları bəyənməyib. 
Qeyd edək ki, hollandiyalı Boy Deulun son iş yeri "Veendam" olub. O, əvvəllər vətənində "Volendam", "Villem II" və Almaniyada "Bavariya"nın (ikinci komanda) formasını geyinib. Portuqaliya vətəndaşı olan Pinto Moreira Hardi son olaraq Cənubi Kiprin "Omonia Aradipou" klubunda forma geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər